Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Macarıstan Tələbələr Birliyinin məsul əməkdaşı Lenart Eva Bakıda səfərdədir
24.02.11 18:30

Macarıstan Tələbələr Birliyinin Beynəlxalq əlaqələr üzrə məsul əməkdaşı Lenart Eva Bakıda səfərdədir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Tələbələr Birliyindən veriblər. Xanım Lenart Eva səfər çərçivəsində tələbə hüquqları sahəsi üzrə tələbə ekspert müxtəlif universitetlərdə tələbələr üçün seminarlar keçəcək. Seminarlarda, əsasən, tələbə hüquqları və tələbə iştirakçılığı üzrə Macarıstan, Şərqi Avropa təcrübəsi, Avropa Tələbələr Birliyinin gördüyü işlər və Azərbaycanda edilə biləcək fəaliyyətlər müzakirə olunacaq. Tələbə hüquqları üzrə fəaliyyətlərin gələcək istiqamətlərində Azərbaycan Tələbələr Birliyinin nümayəndələrinin də xarici ölkələrə səfərlər etməsi və bu sahədəki xarici təcrübəni öyrənməsi planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-3069.html