Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » AQUPDK və Təhsil Nazirliyi birgə “Keçmişi öyrənək- Gələcəyi quraq” adlı Azərbaycan tarixi üzrə bilik yarışması keçirir
24.02.11 20:30

Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) Təhsil Nazirliyi ilə birgə Milli Azərbaycan Tarixi Muzeyində Xocalı faciəsinin 19-cu ildönümünə həsr olunmuş “Keçmişi öyrənək- Gələcəyi quraq” adlı Azərbaycan tarixi üzrə bilik yarışmasına start verib. KƏLAMİNFO xəbər verir ki, mərasimdə çıxış edən AQUPDK-nin sədri Hicran Hüseynova iştirakçılara faciə haqqında danışıb. O, qeyd edib ki, Xocalı faciəsi Azərbaycan tarixində silinməz iz buraxan hadisələrdəndir və bu, daim gələcək nəslə aşılanmalıdır. “Bu kimi bilik yarışları da məhz bu cür xarakter daşıyır”,-deyə komitə sədri vurğulayıb. Onun sözlərinə görə, yarışmada Bakının 11 rayonunun və işğal olunmuş rayonların paytaxtda yerləşən məktəblərinin yuxarı sinif şagirdləri iştirak edirlər. “Finalda balların hesablanması yolu ilə I, II və III yer tutan komandalar AQUPDK və Təhsil Nazirliyi nümayəndələrindən ibarət münsiflər heyəti tərəfindən seçiləcək. Qalib gələn komandalar komitəmiz tərəfindən Fəxri Diplom və xatirə hədiyyələri ilə mükafatlandırılacaq”,-deyə H.Hüseynova bildirib. Mərasimdə təhsil nazirinin müavini İradə Hüseynova və millət vəkili Jalə Əliyeva da iştirak ediblər. Günün sonuna kimi davam edəcək yarışmanın nəticələri sabah bəlli olacaq.
URL / WWW
http://kelam.az/article/a-3067.html