Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Məzahir Pənahov yenidən MSK-nın sədri seçildi
25.02.11 02:25

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibdə ilk iclası keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasda Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev də iştirak edib. İclasda qurumun sədri, müavini və iki nəfər katibi seçilib. MSK-nın sədri Məzahir Pənahov, onun müavini Natiq Məmmədov, katiblər isə Mikayıl Rəhimli və Arifə Muxtarova seçiliblər. Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev MSK üzvlərinə tövsiyələrini verib. Xatırladaq ki, indiyə qədər Məzahir Pənahov MSK sədri, Şaitdin Əliyev onun müavini, Natiq Məmmədov katib olub. Digər katib vəzifəsi isə boş idi.Qeyd edək ki, fevralın 22-də Milli Məclis tərəfindən MSK üzvlüyünə 18 nəfərin adı təsdiqlənib. Bunlar: Məzahir Pənahov, Şaitdin Əliyev, Fuad Cavadov, Ramiz İbrahimov, Validə Kazımova və Qabil Orucov (hamısı YAP), Mikayıl Rəhimli (Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası), Almas Qəhrəmanlı (Vətəndaş Həmrəyliyi Partiyası), Akif Qurbanov (Ümid Partiyası), Tamam Cəfərli (Demokratik İslahatlar Partiyası), Bəxşeyiş Əsgərov (Böyük Quruluş Partiyası), Etibar Quliyev (Ana Vətən Partiyası), Natiq Məmmədov, Azər Tağıyev, Arifə Muxtarova, İlham Məmmədov, Nizami Nadirov və Tofiq Həsənov (bir siyasi partiya mənsubiyyəti olmayan olmayan deputatların MSK-ya namizədləri. Bunlardan – Natiq Məmmədovun namizədliyi hakim Yeni Azərbaycan Partiyası, Arifə Muxtarovanın namizədliyi isə Milli Məclisdə azlıq təşkil edən partiyaların nümayəndələri ilə razılaşdırılıb).
URL / WWW
http://kelam.az/article/a-3065.html