Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil naziri Estoniya səfiri ilə görüşüb
24.02.11 15:23

Bu gün təhsil naziri Misir Mərdanov Estoniyanın Azərbaycandakı səfiri Aivo Oravla görüşüb. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, görüşdə nazir Misir Mərdanov qeyd edib ki, Azərbaycanla Estoniyanın Təhsil nazirlikləri arasında ötən il imzalanan əməkdaşlıq haqqında Saziş bu istiqamətdə ikitərəfli əlaqələr üçün hüquqi baxımdan geniş imkanlar açıb. Mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin məqsədəuyğunluğundan söz açan nazir, istər universitetlərarası, istərsə də alim və tələbələrin mübadiləsinin qarşılıqlı münasibətlərin inkişafına xüsusi töhfə verəcəyinə əminliyini ifadə edib. Nazir, həmçinin alim və tələbələrin qarşılıqlı səfərləri, birgə elmi simpozium və konfransların təşkil olunması təklifini irəli sürüb. Hələ sovet dövründə çoxlu sayda azərbaycanlı gənclərin Estoniyanın universitetlərində təhsil aldığını qeyd edən səfir bu ənənənin davam etdirilməsinin əhəmiyyətini nəzərə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-3063.html