Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » TQDK bakalavrlara ixtisaslaşma seçimi zamanı verilən əlavə imkanlar barədə məlumat yayıb
24.02.11 15:23

Cari tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda yenilik kimi istiqamət şifrlərindən asılı olaraq ixtisaslaşma seçimi üçün müxtəlif minimal bal tələbləri müəyyən edilib. Bu barədə məlumtı KƏLAMİNFO-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) veriblər. Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbulda bakalavrların bitirdikləri istiqamətə aid olan ixtisaslaşmalarla yanaşı başqa şifrli istiqamətə aid bəzi ixtisaslaşmaları da müvafiq proqram üzrə imtahan vermək şərti ilə seçmək imkanları nəzərdə tutulub. Bu haqda “Magistr” jurnalının 2011-ci il 3-cü sayında “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”ndə tam məlumat veriləcək. Ümumi balı bitirdikləri istiqamət şifri üzrə qoyulan minimal baldan aşağı olan bakalavrlar “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”nə əsasən daha kiçik minimal bal tələbi qoyulan başqa şifrli istiqamətə aid bəzi ixtisaslaşmaları seçə bilərlər. Bu barədə məlumat “Magistratura səviyyəsi üzrə ixtisaslaşma seçimi cədvəli”ndən aşağıdakı çıxarışda göstərilib.
URL / WWW
http://kelam.az/article/a-3061.html