Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mədəniyyət və Turizm Nazirliyi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyini qeyd edecək
24.02.11 03:23

Martın 9-da Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və dəstəyi ilə Gənc Tamaşaçılar Teatrında Azərbaycanın görkəmli maarif və mədəniyyət xadimi Abdulla Şaiqin anadan olmasının 130 illik yubileyi münasibəti ilə təntənəli yubiley keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya nazirliyin mətbuat xidmətindən veriblər. Mərasimdə mədəniyyət və turizm naziri başda olmaqla nazirliyin rəhbər heyəti, AMEA-nın və Yazıçılar Birliyinin məsul şəxsləri, elm və mədəniyyət xadimləri, Abdulla Şaiqin tədqiqatçıları, Ali məktəblərin professor və müəllim heyəti, tələbələr, şagirdlər, bir sözlə bütün Şaiqsevərlər toplaşacaq. Mərasimdə həmçinin yubiley münasibəti ilə nəşr olunan “Abdulla Şaiqin Mənzil Muzeyi. 1991-2011” kitabı təqdim olunacaq. Mərasimdə ədibin müxtəlif janrlı əsərləri, şeirlərinə yazılmış musiqi nümunələri təqdim olunacaq. Tanınmış bəstəkar Səid Rüstəmovun “Nüşabə” pyesinə yazdığı musiqidən “Sevirəm səni” (ifaçı Azərbaycan Dövlət Filarmoniyasının solisti Xuraman Talıbzadə), Ə.Abasovun “Oxu bülbül” (ifaçı Azərbaycan Dövlət Filarmoniyasının solisti Nurlan Əzizbəyli), Zeynəb İsmayilzadənin “Yad et” (ifaçı Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti Tural Ağasiyev) mahnıları, Muğam teatrının solistlərinin ifasında ədibin qəzəlləri üstündə muğamlar, görkəmli uşaq bəstəkarı Oqtay Zülfüqarovun rəhbərliyi ilə uşaq filarmoniyasının “Aysel” teatrının ifasında uşaq mahnıları səslənəcək. Eyni zamanda Gənc Tamaşaçılar teatrının hazırladığı “Qaraca qız” tamaşasından, Dövlət Dram Teatrının ifasında “Eloğlu” dramından səhnələr göstəriləcək. Abdulla Şaiqin uzun müddət qadağan olunmuş türkçülük, repressiya dövrü yaradıcılığına müraciət edilərək, vətənpərvərlik mövzulu və lirik şeirləri ifa ediləcək.
URL / WWW
http://kelam.az/article/a-3056.html