Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Mətbuat Şurasında “Elm və həyat” jurnalının 50 yaşı qeyd ediləcək
23.02.11 20:23

Sabah Azərbaycan Mətbuat Şurasında (MŞ) “Elm və həyat” jurnalının 50 yaşı qeyd ediləcək. MŞ İdarə Heyəti üzvləri, ölkənin aparıcı kütləvi informasiya vasitələri təmsilçiləri, tanınmış alimlər və redaksiya kollektivinin qatılacağı mərasimdə Azərbaycan mətbuatı və maarifçiliyi tarixində özünəməxsus yeri və rolu olan jurnalın yarım əsrdə keçdiyi yola nəzər salınacaq. Xatırladaq ki, “Elm və həyat” jurnalı 1961-ci ilin martında işıq üzü görüb. Respublikada “Bilik” Cəmiyyətinin orqanı kimi fəaliyyətə başlayan jurnalın ilk redaktoru Cavanşir Şirinov, fəxri baş redaktoru isə akademik Abdulla Qarayevdir. Vaxtı ilə tirajı 180 minə qədər yüksələn nəşr 1998-ci ildə Meksikada təsis edilən “Qran Pri” mükafatına layiq görülüb. “Elm və həyat” 1992-ci ildən Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin, Arxeologiya və Etnoqrafiya İnstitutu və jurnalın yaradıcı kollektivinin təsisçiliyi ilə nəşr edilməkdədir.
URL / WWW
http://kelam.az/article/a-3055.html