Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Fazil Mustafa: “Aeroportda və iri VİP mərkəzlərdə inanclı vətəndaşlarımızın ibadət etmələri üçün şərait yaradılmalıdır”
24.02.11 02:20

“Azərbaycanda əhalinin əksər hissəsinin müsəlman olmasına baxmayaraq təəssüf ki, hələ də bəzi ictimai obyektlərdə, xüsusən də hava limanlarında və mərkəzi yerlərdə insanlara xidmət göstərən iri obyektlərdə ayrıca ibadət məkanları yoxdur”. KƏLAMİNFO xəbər verir ki, bu barədə millət vəkili Fazil Mustafa bildirib. O, qeyd edib ki, hətta əhalisinin az hissəsinin müsəlman olduğu Avropa ölkələrinin əksəriyyətində insanlara xidmət göstərən mərkəzi obyektlərdə müsəlmanlar üçün ibadət yerləri var. “Orada istər hava limanında, istərsə də iri əyləncə mərkəzlərində xüsusi ibadət məkanları mövcuddur. Lakin, bizdə əhalinin böyük əksəriyyətinin müsəlman olmasına baxmayaraq ölkənin ən iri hava limanında da belə bir məkan yoxdur. Bizdə aeroporta ən yaxın məscid 2 kilometr məsafədədir. Hesab edirəm, ölkəmizdə nəinki aeroportda, iri VİP mərkəzlərdə hətta inanclı vətəndaşlarımızın ibadət etmələri üçün şərait yaradılmalıdır və bu müvafiq qanunvericiliklə tənzimlənməlidir”,-deyə F.Mustafa vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3054.html