Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Türkiyədə azərbaycanlı alimlərin iştirakı ilə beynəlxalq konfrans keçiriləcək
23.02.11 20:20

Cari ilin 1-2 sentyabr tarixlərində Türkiyənin Antalya şəhərində “İCSCCW – 2011” Soft kompyutinq, sistemli təhlil, qərar qəbuletmə və idarəetmədə söz və persepsiya ilə işləyən kompyuterlər üzrə VI beynəlxalq konfrans keçiriləcək. AMEA-dan KƏLAMİNFO-ya verilən məlumata görə, tədbirin təşkilatçıları “Zadə İrsi” Assosiasiyası, Türkiyə Soft Kompyutinq əsaslı İntellekt Cəmiyyəti (Türkiyə), Ziqen Universiteti (Almaniya), Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Universiteti, BİSC – Soft Kompyutinq üzrə Berkli İnisiativi (ABŞ), ACE Mərkəzi, Texas Universiteti (San Antonio, ABŞ), Corciya Dövlət Universiteti (Atlanta, ABŞ), Odlar Yurdu Universiteti, Alberta Universiteti (Kanada), İqtisadiyyat və Texnologiya Universitetidir (Türkiyə). Konfransın fəxri sədri professor Lütfi Zadədir. Konfransda soft kompyutinq nəzəriyyəsi və texnologiyası, hibrid soft kompyutinq sistemləri, soft kompyutinq və agentlər texnologiyası, sözlərə əsaslanan qeyri-səlis mühakimə, biliyin sözə əsaslanan təsviri, təəssüratın təsviri və çevrilmələri, soft kompyutinq və sözlə hesablamanın təhlildə, qərar qəbuletmədə və idarəetmədə, eləcə də iqtisadiyyat, elm, incəsənət, təbabət, sənaye mühəndisliyi, ekologiya, maliyyə mühəndisliyi, biznes, elektron kommersiya, yer elmlərində tətbiqi, neyron və qeyri-səlis hesablamanın qabaqcıl paradiqmləri, təkamüllü hesablama, qeyri-səlis məntiqin biznes və iqtisadiyyatda tətbiqi, dürüst olmayan informasiya əsasında qərar qəbuletmə istiqamətlərində məruzələr dinləniləcək.
URL / WWW
http://kelam.az/article/a-3053.html