Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Bakı Dövlət və Slavyan universitetlərinin jurnalistika fakültələrinin tələbələri işlə təmin olunacaq
24.02.11 02:20

Bakı Dövlət və Slavyan universitetlərinin jurnalistika fakültələrinin tələbələri işlə təmin olunacaq. KƏLAMİNFO xəbər verir ki, bu barədə bu gün 20 qəzet redaktorunun iştirakı ilə Bakı Dövlət Universitetində keçirilən tədbirdə KİV-ə Dəstək Fondunun sədri Vüqar Səfərli deyib. Tədbirdə tələbələrin işsizlik probleləmləri, jurnalistika səhəsindəki ümumi problemlər, söz və ifadə azadlığı, plüralizm məsələləri müzakirə olunub. V. Səfərli KİV-ə edilən yardımlardan bəhs edərək bildirib ki, artıq bu sahədə bir sıra problemlər aradan qaldırılıb. “Müəyyən çətinliklər var. Bunlar həmişə olub. Ancaq biz tədricən onların aradan qalxması ilə bağlı mütamadi işlər görürük. Jurnalistlərin səbrsizliklə gözlədikləri mənzil məsələsi də həll olunmaq üzrədir. Ötən il Prezidentin Sərancamına əsasən, jurnalistlərin mənzillə təmin olunması üçün fonda 5 mln. manat ayrılmışdı. Şad xəbər kimi deyə bilərəm ki, mənzillərin jurnalistlərə paylanmasına çox az zaman qalıb”,- deyə o qeyd edib. Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistika fakültələrində hazırlanan kadrlarla bağlı danışıb. O, bildirib ki, tədbirin məhz jurnalistika fakültəsində keçirilməsi də təsadüfi deyil. “Bu sahədə yetərincə qeyri-ixtisaslar olduğu üçün, ixtisaslı jurnalistlər iş tapmaqda çətinlik çəkirlər. Gələn yeni nəsil işsiz qalır. Bu çətinliyi qismən aradan qaldırmaq üçün redaktorlar da bura dəvət olunub. Onlar hazırdırlar ki, sizinlə əmakdaşlıq etsinlər”,- deyə Ə.Amaşov vurğulayıb. Çıxış edən qəzet redaktorları da gənc jurnalistlərlə əmakdaşlıq etməyə hazır olduqlarını bildiriblər.
URL / WWW
http://kelam.az/article/a-3050.html