Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi davam edir
18.11.09 21:32

Gənclər və İdman Nazirliyinin təşkil etdiyi II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsi, Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibəti ilə gənc rəssamlar arasında keçirilən müsabiqə, eyni zamanda “Məndə sığar iki cahan...” MDB-nin gənc rəssamları arasında təşkil edilmiş internet-müsabiqələri davam edir. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər. Bu günə kimi II Beynəlxalq Uşaq Rəsm Müsabiqəsinə 10 ölkə- Azərbaycan, Belarus, Rusiya, Latviya, Qazaxstan, Misir, Gürcüstan, Bəhreyn, İndoneziya və Türkiyədən ümumilikdə 300-dən çox iş daxil olub. Səttar Bəhlulzadənin 100 illik yubileyi münasibətilə gənc rəssamlar arasında keçirilən müsabiqəyə 80-nə yaxın iştirakçı (tələbə və professional) qatılaraq 150 iş təqdim ediblər. “Məndə sığar iki cahan...” MDB-nin gənc rəssamları arasında təşkil edilmiş internet-müsabiqədə isə ümumi istifadəçilərin sayı 151 olub. Ümumilikdə təqdim olunan işlərin 169-u internet vasitəsilə yüklənib. Müsabiqənin MDB ölkələri arasında keçirilməsi elan edilsə də, internet imkanlarından istifadə edən yaradıcı gənclər, İngiltərə, ABŞ və digər ölkələrdən də öz işlərini təqdim edirlər. Qeyd edək ki, bu müsabiqədə rəssamlıq, qrafika, heykəltaraşlıq, foto, kompyuter qrafikası və digər nominasiyalar üzrə işlər təqdim etmək mümkündür.
URL / WWW
http://kelam.az/article/a-305.html