Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avropa İttifaqına üzv ölkələrin səfirləri Naxçıvanda səfərdə olublar
23.02.11 20:20

Avstriya, Belçika, Bolqarıstan, Çex Respublikası, Almaniya, Fransa, İtaliya, Latviya, Litva, Hollandiya və Avropa İttifaqı nümayəndəliyinin səfir və nümayəndələri fevralın 21-22-də Naxçıvanda səfərdə olublar. Bu barədə məlumatı KƏLAMİNFO-ya Aİ-nın Azərbaycan nümayəndəliyindən veriblər.Aİ-nın sədrliyi adından çıxış edən səfir Roland Kobia qeyd edib ki, səfər Aİ-nın Azərbaycanın bütün regionları ilə eyni qarşılıqlı əlaqələr qurmaq niyyətində olduğunu nümayiş edir. İnanırıq ki, Naxçıvan və Aİ arasında daha güclü tərəfdaşlıq bir çox səviyyədə yaxşı nəticələr verə bilər. Aİ-nin səfirləri regionun xüsusiyyətlərini, eləcə də Ermənistan və Azərbaycan arasındakı münaqişənin mənfi təsirini qiymətləndiriblər. Aİ-nin regionun davamlı inkişafına töhfə etmək üçün onunla daha artıq çalışmaq niyyətində olduğunu qeyd ediblər. Səfirlər Naxçıvanda ATƏT layihələrinin inkişafını alqışlayaraq, bunu təşviq edərək iqtisadi, inkişaf, təhsil və elm sahələrində gələcəkdə birgə əməkdaşlığın mümkün sahələri olaraq müəyyən edib. Səfər zamanı Avropa İttifaqı səfriləri Naxçıvan Ali Məclisinin sədri, Daxili işlər naziri, Ədliyyə naziri, iqtisadi inkişaf naziri, Xarici İşlər Nazirliyinin nümayədələri, ombudsman, eləcə də QHT nümayəndələri ilə görüş keçiriblər. Gender, gənclik, ətraf mühit, insan hüquqları və demokratikləşmə sahələrində siyasi məsələləri və əməkdaşlığı əhatə edən mövzular zamanı Aİ-nın gələcək iştirakı ilə bağlı aktual məsələlər vurğulanıb.
URL / WWW
http://kelam.az/article/a-3048.html