Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Əli Əhmədov: “Beynəlxalq təşkilatların Azərbaycana qarşı ikili standartları hələ də davam edir”
24.02.11 03:19

Ayrı-ayrı beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı ikili standartlar hələ də davam edir. KƏLAMİNFO xəbər verir ki, bu barədə Yeni Azərbaycan Partiyasının icraçı katibi, millət vəkili Əli Əhmədov bildirib. O, qeyd edib ki, bu, Dağlıq Qarabağ problemi, xüsusilə də Xocalı soyqırımına beynəlxalq dərəcədə düzgün qiymətin verilməməsində özünü göstərir. “Təbii ki, biz dəfələrlə buna öz etirazımızı bildirmişik və yenə də bildiririk. Digər tərəfdən onu da qeyd edim ki, Azərbaycan dövləti, müxtəlif QHT-lər, eyni zamanda Heydər Əliyev Fondu tərəfindən Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması istiqamətində genişmiqyaslı işlər aparılır. Dünyanın ayrı-ayrı dövlətlərində diaspor nümayəndələri bu dəhşətli faciənin həqiqlərənin çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərirlər. Hər birimiz əldə olan imkanlardan istifadə edərək beynəlxalq təşkilatlar qarşısında bu dəhşətli faciənin tanıdılmasına nail olmalıyıq. Müraciətlər olmalıdır. Müxtəlif piketlər keçirilməlidir. Mümkün olan formalar və vasitələrdən istifadə edilməlidir. Yorulmadan, təkcə Xocalı faciəsinin ildönümündə deyil, hər zaman bu istiqamətdə fəaliyyət göstərməlidir. Bununla bu cinayətə hüquqi qiymətin verilməsinə nail ola biləcəyik”,-deyə Ə.Əhmədov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-3047.html