Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb
23.02.11 01:40

Əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı yaranan mübahisəli məsələlərin araşdırılmasının yerlərdə təşkili və bu zaman operativliyin və şəffaflığın təmin olunması məqsədi ilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya Səhiyyə Nazirliyindən veriblər. Nazirliyin mütəxəssislərinin tibb müəssisələrinə təhkim olunması haqqında imzalanmış əmrə əsasən Bakı şəhərində yerləşən tibb müəssisələrində Səhiyyə Nazirliyinin mütəxəssislərinin təhkimçiliyi tətbiq olunub. Şənbə günü də daxil olmaqla hər iş günü saat 9:00-15:00-dək təhkim olunmuş nazirliyin mütəxəssisləri fəaliyyət göstərəcəklər. Mütəxəssislərə eyni zamanda əhaliyə tibbi yardımın göstərilməsi ilə bağlı müraciətlər zamanı onların səlahiyyətlərinə daxil olmayan məsələlərin həlli barədə dərhal Səhiyyə Nazirliyinə məlumatın verilməsi tapşırılıb.
URL / WWW
http://kelam.az/article/a-3045.html