Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Parlament nəqliyyat vasitələrini idarəetmə zamanı pozuntulara yol verəcək şəxslərlə bağlı cərimələri sərtləşdirdi
23.02.11 01:40

Bu gün Milli Məclisdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə nəqliyyat vasitələrini idarəetmə zamanı qanun pozuntularına yol vermiş şəxslərlə bağlı əlavə və dəyişikliklər qəbul olunub. KƏLAMİNFO xəbər verir ki, layihədə sürücülər tərəfindən nəqliyyat vasitələrinin istismarı qaydaları pozulduqda 4 balla, sərxoşluq vəziyyətinin yoxlanılması üçün müayinədən boyun qaçıran sürücülərin hərəkətinə isə 5 balla qiymət verilməsi qeyd olunub. İnzibati Xətalar Məcəlləsinə edilən başqa bir dəyişikliyə görə, şəhərdaxili, şəhərlərarası və beynəlxalq avtobus marşrutlarında müəyyən edilmiş hərəkət cədvəlinə və hərəkət sxeminə əməl etməyən, "Taksi" tanınma nişanı, taksometr və digər göstəriciləri olmadan sərnişin daşıyan, tarifləri müəyyən edilmiş tariflərdən çox göstərən, avtobuslarda siqaret çəkən, müntəzəm şəhərdaxili marşrutlarda daşıma prosesləri ilə bilavasitə əlaqəsi olmayan audio cihazlardan istifadə edən, daşıma sənədləri olmadan sərnişin daşıyan, marşrutlarda və taksilərdə sərnişin və baqaj yerlərinin sayına, baqaj kütləsinə riayət etməyən şəxslər 40 manatdan 50 manatadək cərimə olunacaqlar. Həmçinin əmtəə təyinatlı yüklərin əmtəə-nəqliyyat qaiməsi ilə rəsmiləşdirilmədən daşınmasına görə 20 manat, lisenziyasız sərnişin və yük daşınmasına görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat, qalaq yüklərin, tikinti materiallarının, heyvanların və ya quşların, çörək və çörək-bulka məmulatların daşınma şərtlərini pozanlar 40 manatdan 50 manatadək, pasport olmadan avtovağzal fəaliyyəti ilə məşğul olanlar 1500 manat, avtovağzalın fəaliyyətinin müvafiq kateqoriyaya uyğun texnoloji prosesinin pozulmasına görə 500 manat cərimə olunacaqlar. Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli əməkdaşının xidməti vəzifəsini yerinə yetirməsinə mane olmağa, o cümlədən qanunvericiliklə müəyyən edilmiş tələb olunan sənədləri təqdim etməyənlər isə 50 manat miqdarında cərimə ediləcəklər. Layihədə təklif edilən başqa bir dəyişikliyə görə isə nəqliyyat vasitəsində - trolleybus, tramvay və avtobus, taksidə şəhərətrafı və şəhər daxilində biletsiz sərnişin daşınmasına görə 5 manatdan 15 manatadək, şəhərlərarası marşrut üzrə 15 manat, beynəlxalq marşrut üzrə avtobuslarda 30 manat, dəmir yolu nəqliyyatında 5 manatdan 10 manatadək, dəniz və çay nəqliyyatında 15 manatdan 25 manatadək, hava nəqliyyatında isə 20 manatdan 40 manatadək cərimə ediləcəklər. Beynəlxalq daşımaları həyata keçirən şəxslər tərəfindən müvafiq dövlətin ərazisinə giriş və ya çıxış üçün sənədlərə malik olmadıqda fiziki şəxslər 100 manatdan 300 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək, hüquqi şəxslər isə 1000 manatdan 3 min manatadək cərimələnəcək. Millət vəkili Fazil Mustafa müzakirələr zamanı bildirib ki, taksilərdə taksometrlərin olmaması həqiqətən də böyük bir problemdir. Onun sözlərinə görə, taksometr olmayan zaman taksiyə minərkən psixoloji gərginlik yaradır. Millət vəkili həmçinin qeyd edib ki, bu əlavələri tədbiq edən zaman taksi sürücüləri üçün də müəyyən şərait yaradılmalıdır. Onlar müəyyənləşdirilmiş taksi dayanacaqları ilə təchiz olunmalıdır, taksi sürücülərin birliyi, onların hüquqlarını müdafiə edən cəmiyyətlər yaradılmalıdır. Millət vəkili Elmira Axundova çıxışında əlavələrdə qeyd olunan avtobus sürücülərinə yönələn müddəalara diqqət çəkib. Onun sözlərinə ğörə, şəhərlərarası və şəhərdaxili avtobusların sürücülərinin rəftarları qənaətbəxş deyil. Millət vəkili Qüdrət Həsənquliyev təyin olunmuş nornadan artıq yük daşınmasına görə tətbiq olunacaq cəriməyə münasibət bildirərək deyib ki, yük avtomobillərinin sürücüləri yoxlamalardan bir az azad olunarlarsa və yollar müvafiq standartlara cavab verərsə, onların normadan artıq yük götürməsinə ehtiyac olmaz. Spiker Oktay Əsədov cavab olaraq Azərbaycanda yol infrastrukturunun kifayət qədər beynəlxalq standatlara cavab verdiyini bildirərək qeyd edib ki, tez-tez yük avtomobillərində əlavə yük daşımaq üçün yer quraşdırılıb. Sonda layihə parlament tərəfindən təsdiqlənib.
URL / WWW
http://kelam.az/article/a-3044.html