Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » A.Məhərrəmov “Tələbələrin qiymətini azaldan müəllimlərin aqibəti çox ağır olacaq”
23.02.11 01:40

Bakı Dövlət Universitetinin (BDU) rektoru Abel Məhərrəmov qış imtahan sessiyasının nəticələrindən narazı qalaraq apellyasiya şikayəti verən tələbələrlə görüşüb. BDU-nun Mətbuat və informasiya şöbəsindən KƏLAMİNFO-ya verilən məlumata görə, rektor tərəfindən qəbul edilən tələbələr “əla” və “yaxşı” qiymət almaları üçün 1-2 balın çatmadığını bildiriblər. Rektor isə apellyasiya şikayəti verən hər bir tələbəni dinləyib, müraciətlərinə uyğun olaraq işlərinin yenidən yoxlanılması tapşırığını verib. A.Məhərrəmov imtahan işlərini obyektiv yoxlamayan, tələbələrin qiymətlərini azaldan müəllimlərin aqibətinin çox ağır olacağını xüsusi vurğulayıb. Xatırdadaq ki, rektor A.Məhərrəmovun müvafiq əmrinə əsasən yanvarın 6-da BDU-da qış imtahan sessiyası keçirilib. Sessiya yanvarın 31-də başa çatıb.
URL / WWW
http://kelam.az/article/a-3042.html