Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Firəngiz Əlizadə X Beynəlxalq Motsart Müsabiqəsində Beynəlxalq Münsiflər Heyətinin üzvü olub
23.02.11 01:40

Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə ötən həftə Avstriyanın Zalsburq şəhərində təşkil olunan X Beynəlxalq Motsart Müsabiqəsində Beynəlxalq Münsiflər Heyətinin üzvü kimi iştirak edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat xidmətindən veriblər. Dahi avstriyalı bəstəkar Volfqanq Amadeus Motsartın 255 illiyinə həsr edilən Zalsburqun “Mozarteum” konsert salonunda təşkil olunan imüsabiqədə dünyanın müxtəlif ölkəsindən 32 yaşadək olan gənc musiqiçilər 4 kateqoriyada – violonçel, skripka, piano və bəstəkarlıq kateqoriyalarında məharətlərini göstəriblər. “Mozarteum” Universitetinin rektoru Reynhart fon Qutzaytın rəhbərlik etdiyi münsiflər heyətində Pavel Qililov, Pol Qulda, Robert Levin, Jan Bernard Pomiye, Mariya Tipo, Fu Sonq kimi dünyanın sayılıb-seçilən musiqiçiləri arasında professor F.Əlizadə həm gənc pinoçuların, həm də bəstəkarların istedad və bacarıqlarını qiymətləndirən beynəlxalq münsiflər heyətində təmsil olunub. Berlin İncəsənət Akademiyasının nümayəndəsi kimi müsabiqəyə qatılan Firəngiz xanım müsabiqə iştirakçılarının sənət göstəricilərini həm bəstəkar, həm də müasir musiqi ifaçılığı üzrə ekspert kimi qiymətləndirib. Beynəlxalq Müsabiqədə müşahidə olunan sevindirici məqamlardan biri də müasir musiqinin görkəmli nümayəndəsi kimi Arnold Şonberq, Anton Vebern, İqor Stravinski, Sergey Prokofyevlə yanaşı, Firəngiz xanımın da əsəri skripkaçıların yarışmasında proqrama salınması ilə bağlıdır. Bu kateqoriyada yarışanlar ikinci turda F.Əlizadənin “Dastan” əsərini ifa ediblər.
URL / WWW
http://kelam.az/article/a-3041.html