Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda II Respublika Muğam Müsabiqəsi keçirilir
22.02.11 02:55

Bu gün Heydər Əliyev Fondunun dəstəyi, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri və Azərbaycan Milli Konservatoriyasının təşkilatçılığı ilə II Respublika Muğam Müsabiqəsi başlayıb. KƏLAMİNFO xəbər verir ki, müsabiqənin açılışı ilə bağlı Kamera və Arqan Musiqi zalında tədbir keçirilib. Tədbirdə çıxış edən Milli Kolnservatoriyanın rektoru Siyavuş Kərimi qeyd edib ki, müsabiqəyə qatılmaq üçün 40-dan artıq namizəd sənəd verib. Onun sözlərinə görə, onlardan müsabiqədə iştirak etmək üçün 18 nəfər seçilib. Sonra mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva, təhsil nazirinin müvini Elmar Qasımov müsabiqə ilə bağlı fikirlərini söyləyiblər. Qeyd edək ki, müsabiqə fevralın 24-də başa çatacaq. Müsabiqənin sonunda 3 nəfər qalib seçiləcək. I yerin qalibi 5 min, II yerin qalibi 3 min və III yerin qalibi isə 1000 manat mükafata layiq görüləcək. Bundan əlavə, həmin 3 nəfər mart ayında Bakıda keçiriləcək II Beynəxalq Muğam Festivalında iştirak üçün vəsiqə əldə edəcək. Müsabiqənin qaliblərini xalq artistləri Əlibaba Məmmədov, Arif Babayev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova, əməkdar artist Zabit Nəbizadə, müsiqişünas, professor Ramiz Zöhrabov, Siyavuş Kərimi seçəcək.
URL / WWW
http://kelam.az/article/a-3038.html