Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avstraliya Xarici İşlər Nazirliyi vətəndaşlarını Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara səfər etməməyə çağırıb
22.02.11 01:53

Avstraliyanın Xarici İşlər Nazirliyi (XİN) öz vətəndaşlarını Dağlıq Qarabağa və onun ətrafındakı rayonlara səfər etməməyə çağırıb. KƏLAMİNFO xəbər verir ki, bu barədə Avstraliya XİN-in rəsmi saytında məlumat yerləşdirilib. Məlumatda qeyd edilir ki, Ermənistan və Azərbaycan arasında münaqişə həll olunmamış qalır, separatçı qüvvələr Azərbaycan ərazisinin bir hissəsinin işğalını davam etdirirlər. 1994-cü ildən qüvvədə olan atəşkəs rejiminə baxmayaraq, cəbhə bölgəsində silahlı toqquşmalar davam edir. Xatırladaq ki, Fransa, Almaniya, Böyük Britaniya, İspaniya, İtaliya və Macarıstan da öz vətəndaşlarına Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfər etməyi məsləhət görməyib.
URL / WWW
http://kelam.az/article/a-3035.html