Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan Tələbələr Birliyinin sədri Macarıstan prezidenti ilə görüşüb
21.02.11 20:53

Macarıstanın paytaxtı Budapeşt şəhərində 21-ci Avropa Tələbələr Konvensiyası keçirilib. Konvensiyada ölkəmizi Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov və Birliyin sosial məsələlər üzrə katibi Nurlan Əhmədov təmsil edib. Bu barədə məlumatı KƏLAMİNFO-ya ATB-dən veriblər. Konvensiyanın əsas mövzusu “institusional, beynəlxal və milli səviyyədə ali təhsildə tələbə iştirakçılığı üçün imkanlar və problemlər” olub. Konvensiyada Avropanın bütün ölkələrindən 100-ə yaxın tələbə iştirak edib. Konvensiyada Azərbaycan Tələbələr Birliyi fəaliyyəti də digər ölkələrdən olan milli tələbə birlikləri tərəfindən yüksək qiymətləndirilib. Əsas olaraq Azərbaycan Tələbələr Birliyinin “Azərbaycanda tələbə hüquqlarının təbliği” adlı layihəsi daha çox bəyənilib və Avropa Tələbələr Birliyi tərəfindən digər ölkələrdəki tələbə birliklərinə tövsiyyə olunub. Konvensiyanın sonuncu günü Macarıstan prezidenti Schmitt Pál tərəfindən hər bir ölkənin tələbə liderləri qəbul edilib. Macarıstan prezidenti ilə keçirilən görüşdə Azərbaycan Tələbələr Birliyinin sədri Elvin Aslanov iştirak edib. Prezident tələbə liderlərinə öz işlərində müvəfəqiyyətlər arzulayıb, onların gələcəkdə həm öz ölkələri, həm də Avropa üçün çox böyük işlər edə biləcəklərinə əmin olduğunu bildirib. Daha sonra cənab Schmitt Pál hər bir ölkənin tələbə liderləri ilə ayrılıqda maraqlanıb və onlarla söhbət edib. Konvensiyanın sonuncu günü Budapeşt Deklarasiyası qəbul edilib.
URL / WWW
http://kelam.az/article/a-3034.html