Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » E.Qasımov: “Misirdə təhsil alan tələbələrimiz oradakı vəziyyət səngiyəndən sonra qayıdacaqlar”
21.02.11 20:53

Misirdə təhsil alan tələbələrimiz məlum hadisələrdən sonra Azərbaycana gəliblər və vəziyyət səngiyəndən sonra qayıdacaqlar. KƏLAMİNFO xəbər verir ki, bunu jurnalistlərə təhsil nazirinin müavini Elmar Qasımov söyləyib. Nazir müavini xatırladıb ki, hazırda Misirdə 20-ə yaxın azərbaycanlı tələbə təhsil alır və onlar əsasən Qahirə Universitetində oxuyurlar. Oradakı məlum hadisələrlə bağlı prezidentin xüsusi tapşırığı ilə Qahirəyə xüsusi reys göndərildiyini diqqətə çatdıran E.Qasımov bildirib ki, oradakı səfirliyin köməkliyi ilə dövlət və qeyri-dövlət xətti ilə təhsil alan tələbələrin əksəriyyəti vətənə geri qayıdıblar. “Oradakı hadisələr səngiyənə qədər tələbələrimiz ölkəmizdə qalacaqlar. Sevindirici hal odur ki, oradakı tələbələrimizin heç birinə heç nə olmayıb”,-deyə E.Qasımov əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-3033.html