Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Azərbaycan gənclərinin Latviya və Litvada təhsil almaları üçün danışıqlar aparılır
21.02.11 20:53

Yaxın gələcəkdə bir neçə Azərbaycan gənci Almaniyanın müxtəlif ali təhsil ocaqlarında təhsil almağa göndəriləcək. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil nazirinin müavini Elmar Qasımov söyləyib. Almaniyada təhsil üçün müsabiqə elan olunduğunu və bu prosesin başa çatdığını xatırladan E.Qasımov deyib ki, müsabiqədə iştirak üçün 100-ə yaxın sənəd qəbul edilib. Onun sözlərinə görə, bu həftə ərzində Azərbaycana Almaniyadan bu ölkədə təhsil almaq arzusunda olanları seçəcək nümayəndə heyəti gələcək. E.Qasımov qeyd edib ki, bu il Almaniyaya əsasən tibb və mühəndislik ixtisasları üzrə təhsil alacaq tələbələr göndəriləcək. E.Qasımov azərbaycanlıların Latviya və Litvada da təhsil almaları üçün bu ölkələrin müvafiq qurumları ilə danışıqların aparıldığını açıqlayıb.
URL / WWW
http://kelam.az/article/a-3032.html