Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » BDU-da dərs saatlarının müddəti artırıldı
22.02.11 02:51

Bu gündən Bakı Dövlət Universitetində dərs müddəti artırılıb. Ənənəvi olaraq 80 dəqiqə keçirilən dərslər 90 dəqiqə ilə əvəzləınib. KƏLAMİNFO xəbər verir ki, bundan sonra saat yarım keçiriləcək dərslər 45 dəqiqə olmaqla iki hissəyə bölünəcək. Hissələr arasında isə 5 dəqiqəlik fasilə olacaq. Belə bir təşəbbüs əvvəllər müzakirə edilsə də, icrası müəyyən vaxta qədər təxirə salınmışdı. Müddətin uzadılması ilə əlaqədar dərslər də gec qurtaracaq. Belə ki, tələbələr 270 dəqiqə elm ocağında olurdusa, indi bu rəqəm 305-ə qalxıb. Müəllim və tələbələrin məsələyə münasibəti isə birmənalı deyil. “Biz hətta 80 dəqiqənin dərs üçün yorucu olduğunu dediyimiz halda, indi dərslər 90 dəqiqə ilə əvəz olunub. Tələbə yorulur, o yorğun beyinlə artıq bilik, informasiya qavraya bilmir”,-deyə tələbələr bildirib. Universitetin müəllim heyəti isə bu işə müsbət yanaşıb. Qeyd edək ki, aparılan islahatın Baloniya prosesi ilə birbaşa bağlı olduğu vurğulanır.
URL / WWW
http://kelam.az/article/a-3031.html