Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Ali Məhkəmədə ATƏT nümayəndələri ilə görüş olub
19.02.11 02:57

ATƏT-in Bakı Ofisinin dəvəti ilə ölkəmizdə səfərdə olan məişət zorakılığı məsələləri üzrə beynəlxalq ekspert xanım Ana Maria Rubio Encinas və ATƏT-in Bakı Ofisinin qanunun aliliyi və insan hüquqları şöbəsinin rəhbəri Monika Martines Ali Məhkəmənin Mülki kollegiyasının sədri Şəlalə Məmmədova və Cinayət kollegiyasının sədri Şahin Yusifovla görüşüblər. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ali Məhkəmədən veriblər. Xanım Rubio Encinas məişət zorakılığına qarşı mübarizədə Azərbaycan hökumətinin səylərini dəstəklədiklərini vurğulayıb. Görüşdə Ali Məhkəmənin Cinayət və Mülki kollegiyalarının sədrləri məişət zorakılığı ilə bağlı Ali Məhkəmədə baxılan işlər barədə qonağa məlumat verib. Qeyd olunub ki, 22 iyun 2010-cu ildə qəbul olunmuş “Məişət zorakılığının qarşısının alınması haqqında” Qanunun tətbiqinə xüsusi əhəmiyyət verilir və bununla əlaqədar Ali Məhkəmədə 70 işə baxılıb. Xanım R.Encinas məişət zorakılığına qarşı mübarizənin Azərbaycan kontekstinə uyğun tətbiqi mexanizmlərinə dair tövsiyyələrini hazırladıqdan sonra bunları məsləhətləşmələrdə iştirak etmiş bütün qurumlara rəy almaq məqsədilə göndərəcəklərini bildirib. Görüşdə məişət zorakılığına qarşı mübarizədə Azərbaycana dəstək olduqlarına və xüsusi diqqət göstərdiklərinə görə məişət zorakılığı məsələləri üzrə beynəlxalq ekspert xanım Encinasa və ATƏT-in Bakı Ofisinə təşəkkür ifadə olunub, gələcək fəaliyyətlərində uğurlar arzulanıb.
URL / WWW
http://kelam.az/article/a-3025.html