Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ədliyyə Nazirliyi 481 bələdiyyə sədri barədə məhkəmələr qarşısında məsələ qaldırıb
18.02.11 16:57

Ədliyyə Nazirliyinin kollegiya iclasında 2010-cu ildə görülmüş işlər və qarşıda duran vəzifələr müzakirə olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya Ədliyyə Nazirliyindən veriblər. Nazir Fikrət Məmmədov kollegiyada çıxış edərək ədliyyənin inkişafına dair Dövlət Proqramının icrası üzrə tədbirləri qeyd edib, ədliyyə fəaliyyətinin ayrı-ayrı sahələri üzrə ötən il görülmüş işlərə toxunub, mövcud problemlər və qarşıda duran vəzifələri vurğulayıb. Qeyd olunub ki, 2010-cu ildə nazirlik tərəfindən qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması, əhalinin rifahının yaxşılaşdırılmasına yönəlmiş 163 normativ hüquqi akt layihəsi hazırlanıb, 1752 akt hüquqi ekspertizadan keçirilib. Əhalinin sərbəst və təmənnasız istifadə etdiyi milli qanunvericiliyin elektron bazası (www.e-qanun.az) zənginləşdirilərək, sayta 2 minədək yeni sənəd daxil edilib və onların sayı 21 minə yaxınlaşıb. Bələdiyyələrə inzibati nəzarət qaydasında 27 minə yaxın bələdiyyə aktına baxılıb, nazirliyin təklifləri əsasında 441 akt dəyişdirilib və ya ləğv edilib, bəzi bələdiyyə aktlarının ləğvi üçün isə məhkəmələrdə iddia qaldırılıb. Eyni zamanda, korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsinə dair dövlət başçısının tapşırıqlarına uyğun olaraq 27 bələdiyyənin fəaliyyətində aşkar edilmiş hüquq pozuntuları, o cümlədən maliyyə əyintiləri ilə əlaqədar materiallar prokurorluğa göndərilib, habelə 481 bələdiyyə sədrinin qanunsuz hərəkətlərə görə inzibati məsuliyyətə cəlb olunması barədə məhkəmələr qarşısında məsələ qaldırılıb. Ötən ildə məhkəmə qərarlarının icrası sahəsində qanunvericilik yeniləşmiş, icraata daxil olmuş 120 minə yaxın icra sənədinin 85%-nin icrası tam təmin olunub, hüquqi və fiziki şəxslərə 75 mln. manat vəsait ödətdirilib, icra qanunvericiliyinin tələblərini pozan 1.315 şəxs inzibati məsuliyyətə cəlb edilib, o cümlədən 220 şəxs inzibati qaydada həbs olunub, 209 şəxs barəsində cinayət işi başlanıb.
URL / WWW
http://kelam.az/article/a-3024.html