Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » UNICEF Azərbaycanda “Sosial xidmət haqqında” Qanunla bağlı öz təkliflərini hazırlayır
17.02.11 19:01

UNICEF Milli Məclisdə müzakirə olunan “Sosial xidmət haqqında” qanunla bağlı öz təkliflərini hazırlayır və yaxın günlərdə onu parlamentə təqdim edəcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində UNICEF-in Uşaqları müdafiə komitəsinin rəhbəri Minur Məmmədzadə bildirib. O, qeyd edib ki, bununla bağlı onların Cenevrədəki regional ofislərindən də bəzi tövsiyyələr gəlib. “Burada biz əsasən bu sahədə indiyədək özünü daha çox doğruldan Serbiya və ona yaxın ölkələrin qanunvericilik təcrübəsindən istifadə edirik. Çünki, bu ölkələr Avropa Birliynə daxil olma ərəfələrindədirlər və bu sahədə daha ciddi iş görüblər”,-deyə M.Məmmədzadə vurğulayıb. O, bildirib ki, təklifləri əsasən yeni qanunda sosial xidmətlərin əsasən mərkəzləşmiş şəkildə aparılması və illik ehtiyacların qanun layihəsində öz əksini tapması ilə bağlıdır. “Çünki, hazırkı qanunda bu məsələlər göstərilməyib”,-deyə o, əlavə edib. Qeyd edək ki, “Sosial xidmət haqqında” yeni qanun layihəsinin Milli Məclisin yaz sessiyasında qəbul olunacağı gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-3021.html