Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Deputatdan təklif: “Azərbaycanda “Hippokrat andı” “Azərbaycan həkimi andı” ilə əvəzlənsin”
17.02.11 19:01

Azərbaycanda həkimlər “Hippokrat andı” əvəzinə “Azərbaycan həkimi andı” içməlidirlər. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Hikmət Atayev bildirib. O, qeyd edib ki, “Hippokrat andı” müəyyən mənada mahiyyət etibarı ilə Azərbaycan həkimlərinə o qədər də uyğun gəlmir. “Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 52-ci maddəsində nəzərdə tutulur ki, ölkəmizin ali tibb təhsil müəssisələrini bitirmiş və həkimlik diplomu almış şəxslər “Hippokrat andı” içsinlər. Mən təklif etmişəm ki, həmin maddə də bu, “Azərbaycan həkimi andı” ilə əvəzlənsin”,-deyə millət vəkili vurğulayıb. H.Atayevin sözlərinə görə, komitəyə təklifini təqdim edib və məsələnin gündəlikdə saxlanması, üzərində işlənməsi qərara alınıb.
URL / WWW
http://kelam.az/article/a-3020.html