Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » “Türk Xalqlarının Vətəndaş Cəmiyyəti Forumu” təsis edildi
17.02.11 19:01

Bu gün Trend Xəbərlər şirkətində keçirdikləri tədbirdə Bakı Gənclər Klubu, Demokratik Azərbaycan Naminə, Demokratik İslahatçı Gənclər, Sağlam İnkişaf və Maarifləndirmə, Yeni Həyat Humanitar və Sosial dayaq İctimai Birlikləri “Türk Xalqlarının Vətəndaş Cəmiyyəti Forumunu” təsis etdiklərini bəyan ediblər. KƏLAMİNFO xəbər verir ki, Forumun yaradılmasının əsas məqsədi türdilli xalqlarla Azərbaycan münasibətlərinin daha da dərinləşməsi və beynəlxalq arenada həmrəylik nümayiş etdirilməsidir. Forumun əlaqələndiricisi Vüsalə Hüseynova Forumun Azərbaycan və digər türk dövlətlərinin həmrəyliyi və mənafeyi baxımından böyük əhəmiyyət daşıdığını qeyd edib. “Təəssüflər olsun ki, nə BMT-nin ölkəmizə qarşı işğalçılıq siyasətini pisləyən məlum qətnamələri, nə də İslam Konfransı Təşkilatının illik toplantılarının yekun qərarları pozulmuş ərazi bütövlüyümüzün bərpası üçün yetərli olmayıb. Bu məsələdə bizim haqqımızı müdafiə edən yeganə dövlət Türkiyə Cümhurriyətidir. Biz istəyirik ki, digər türkdilli dövlətlərlə də münasibətləri belə dərinləşdirək”,- deyə o söyləyib. Onun sözlərinə görə, yaradılan Forum siyasi qurum deyil. “Biz mdəni irsimizi, tariximizi, kökümüzü dünyaya tanıtmaq istəyirik. Bizə demokratiya dərsi keçənlərə anlatmaq istəyirik ki, elə ilk demokratiya türk dövlətlərinə məxsus olub”,- deyə o əlavə edib. Forumun əlaqələndiricisi həmçinin “Xocalı soyqrımı” ilə bağlı Türkiyə, Qazaxıstan, Tatarıstan kimi türkdili dövlətlərdə bəyanat çıxışların olacağını bildirib.
URL / WWW
http://kelam.az/article/a-3019.html