Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Avropa Şurası Baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsi təyin olunub
18.02.11 00:55

Avropa Şurası Baş katibinin Azərbaycanda yeni xüsusi nümayəndəsi təyin olunub. KƏLAMİNFO xəbər verir ki, bu barədə Avropa Şurasının mətbuat xidməti məlumat yayıb. Bu vəzifəyə Konstantin Erokostopulos təyin olunub. Qeyd edək ki, Yerokostopulos öz diplomatik fəaliyyətinə Yunanıstan XİN-də başlayıb, müxtəlif ölkələrdəki diplomatik missiyalarda çalışıb. 1994-cü ildə Avropa İttifaqının o vaxtkı Yuqoslaviyadakı müşahidəçi missiyasının (ECMM) başçısı, 1995-1998-ci illərdə isə Yunanıstanın Xorvatiyada, 2000-2004-cü illərdə isə İtaliyadakı səfiri vəzifələrində çalışıb.O, 2004-2008-ci illərdə Yunanıstanın AŞ yanındakı daimi nümayəndəsi olub. 2008-ci ildə Avropa Şurası baş katibinin Serbiyadakı xüsusi nümayəndəsi vəzifəsində çalışıb. Konstantin Yerokostopulos AŞ-də işlədiyi müddətdə təcrübəli və təmkinli diplomat kimi tanınıb.
URL / WWW
http://kelam.az/article/a-3017.html