Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nail Şamilov: “TÜRKSOY-un, TürkPA-nın gördükləri işlər effekt verməyib”
18.02.11 02:55

Türklərin beynəlmiləl təşkilatlarının yaradılması zəruridir. Ortada görülən işin effekti olmalıdır. Bu günə kimi TÜRKSOY-un, TürkPA-nın gördükləri işlər effektini verməyib. KƏLAMİNFO xəbər verir ki, bu barədə Tatarıstanın Azərbaycandakı daimi nümayəndəsi Nail Şamilov bildirib. Onun sözlərinə əsasən, Türkdilli xalqların umumi mənafeə xidmət etməyən ideologiya olmasa heç nəyə nail ola bilməyəcəklər. “Biz birləşməsək, ərsəyə heç nə gətirə bilməyəcək, özümüz də məhv olub gedəcəyik. Bütün türkdilli ölkələrlə sıx münasibətlər qurulmalıdır. Bu işdə təşkilatlar, xüsusi ilə də gənclər təşkilatları müəyyən işlər görməlidir. Ən əsası isə türklərin zəngin tarixi irsi dərindən öyrənilməlidir”,-deyə o söyləyib. Türkiyə səfirliyinin müşaviri İsmayıl Çalışkan isə rəsmi Ankaranın Ermənistanla bağlı fikrinin kəskin olduğunu söyləyib. “Nə qədər ki, ermənilər Azərbaycan torpaqlarını azad etməyiblər, Türkiyə də sərhədləri açmayacaq. Bizim fikrimiz qətidir”,-deyə o bəyan edib. TürkPA-nın baş katibinin müavini Kürşad Melih isə türk dövlətlərinin həmrəyliyini, birliyini göstərən və həyata keçirilən tədbirlərdən danışıb. O, bu dövlətlərdə təhsil inteqrasiyası, türk xalqlarının milli bayramlarının birgə keçirilməsi və digər planlar barədə ətraflı məlumat verib.
URL / WWW
http://kelam.az/article/a-3014.html