Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Bakıda Xocalı faciəsinə həsr olunan filmin təqdimatı olacaq
18.02.11 02:55

Fevralın 21-də Bakıda türk jurnalisti Cem Oğuzun “Qaçqın: Anar Usubovun həyat tarixi” filminin təqdimatı keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Xocalı faciəsinin baş verdiyi zaman cəmi səkkiz yaşı olan oğlan öz taleyindəki gözlənilməz dəyişikliklər barədə danışır. Film mükafat almaq üçün müxtəlif beynəlxalq müsabiqələrə təqdim olunacaq. Kinofilm həm Azərbaycan, həm də ingilis dilində hazırlanıb. Filmin təqdimatı Gənc Tamaşaçılar Teatrında keçiriləcək. Tədbirdə mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, filmin rejissoru Cem Oğuz çıxış edəcəklər. Tədbirdə xarici diplomatik missiyaların nümayəndələrinin iştirakı da gözlənilir.
URL / WWW
http://kelam.az/article/a-3013.html