Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Azərbaycanda vətəndaş inteqrasiyası və KİV” adlı yeni kitabı işıq üzü görüb
17.02.11 18:55

Heydər Əliyev İrsini Araşdırma Mərkəzinin Baş direktoru Fuad Babayevin “Azərbaycanda vətəndaş inteqrasiyası və KİV” adlı yeni kitabı işıq üzü görüb. KƏLAMİNFO xəbər verir ki, kitaba müəllifin müxtəlif illərdə yazdığı, ölkəmizdəki və xarici elmi məcmuələrdə çap olunan məqalələri daxil edilib. Məqalələrdə ümummilli lider Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının təhlilinə geniş yer verilib. Geniş oxucu kütləsi üçün nəzərdə tutulan kitab Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin vətəndaş inteqrasiyasındakı rolunun öyrənilməsi baxımından çox əhəmiyyətlidir. Nəşrə “Ön söz”ü Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun Politologiya və siyasi sosiologiya şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru, professor Əlikram Tağıyev yazıb.
URL / WWW
http://kelam.az/article/a-3012.html