Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Rasim Musabəyov: “Fransanın mövqeyi Ermənistana təziyq vasitəsi kimi dəyərləndirilə bilər”
18.02.11 01:42

“Fransanın öz vətəndaşlarına işğal olunmuş Azərbaycan torpaqlarına səfər etməmələrini məsləhət görməsi müsbət haldır. Vətəndaşlara müracətdə Azərbaycan torpaqlarının işğal edilməsi faktının qeyd olunması ciddi məsələdir”. KƏLAMİNFO xəbər verir ki, bu barədə yap.org.az saytına açıqlamasında Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov bildirib. R.Musabəyovun sözlərinə görə, Fransada ermənilərə isti münasibət həmişə olsa da, bu dövlət Azərbaycanın ərazi bütövlüyünü tanıyır. O, qeyd edib ki, bu addım Ermənistana təziyq vasitəsi kimi də dəyərləndirilə bilər. “Artıq beynəlxalq aləmdə işğalçı Ermənistanı müdafiə etmək imkanları tükənir. Minsk qrupunun həmsədrlərindən biri olan Fransanın addımı məhz bu amilin göstəricisidir. Nüfuzlu beynəlxalq təşkilatlar, o cümlədən Avropa Parlamenti, NATO Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi haqqında qətnamə qəbul ediblər. Fransa bu mövqeyi ilə erməniləri qandırmağa çalışır ki, münaqişənin həllini uzatmaq olmaz. Əgər Ermənistan bundan nəticə çıxarmasa, yəqin ki, növbəti mərhələdə Fransa ermənilərə göstərdiyi yardımları müəyyən şərtlərlə verəcək”,-deyə politoloq bildirib.
URL / WWW
http://kelam.az/article/a-3011.html