Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Şeyx Fransa və Avstriya səfirləri ilə görüş keçirib
14.02.11 18:41

Bu gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Fransanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qabriel Kelleri onun öz xahişi ilə qəbul edib. QMİ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, Q.Kelleri Şeyxülislam A.Paşazadə ilə Azərbaycan və Fransa arasında mənəvi əlaqələrin mövcud vəziyyəti, prespektivləri ətrafında müzakirə aparıblar. Şeyxülislam A.Paşazadə Fransada iştirak etdiyi konfranslar, burada tanış olduğu nüfuzlu din xadimləri, habelə dinlərarası dialoq sahəsində QMİ-nin YUNESKO ilə əməkdaşlıq əlaqələri barədə səfiri məlumatlandıraraq, gələcəkdə Fransanın xristian və müsəlman din xadimlərinin Azərbaycana səfərlərinin əhəmiyyətli olacağını vurğulayıb. Görüş çərçivəsində həmçinin QMİ sədri və Fransalı səfir Şeyxülislamın Şimali Qafqaza bu yaxınlarda səfəri ilə bağlı, habelə beynəlxalq aləmdə son zamanlar baş verən hadisələr ətrafında fikir mübadiləsi aparıblar. Bu gün həmçinin QMİ sədri Avstriyanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri xanım Silviya Mayer-Kaybiçi də qəbul edib. Xanım səfirə Avstryaya səfərləri, konfranslarıda iştirakı zamanı yerli müsəlmanlarla, avstriyalı din xadimləri ilə görüşləri barədə məlumat verən Şeyxülislam Paşazadə bu əlaqələrin xalqlarımız arasında dini-mənəvi əlaqələrin inkişafına töhfə verdiyini vurğulayıb. Görüşdə ölkələrimiz arasında mənəvi sferada qarışılıqlı əhəmiyyət kəsb edən məsələlər müzakirə olunub. Qeyd edək ki, hər iki görüşün sonunda QMİ sədri Fransa və Avstriya səfirlərinə xatirə hədiyyəsi də təqdim edib.
URL / WWW
http://kelam.az/article/a-3010.html