Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » M.Əhmədoğlu: “Azərbacan ATƏT-in Minsk qrupunun fəaliyyətindən əziyyət çəkir”
17.02.11 02:38

Dağlıq Qarabağ münaqişəsinin həll olunması üçün elə bir iş qalmayıb, sadəcə münaqişənin tam aradan qaldırılması istiqamətində göstərilən səylər birləşdirilməlidir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru Mübariz Əhmədoğlu keçirdiyi ənənəvi mətbuat konfransında söyləyib. ATƏT-in Minsk qrupunun bu günə qədər qətiyyət göstərmədiyini diqqətə çatdıran M.Əhmədoğlu bu qurumun formalaşmasına dəstək olduğu üçün Azərbaycanın kifayət qədər ciddi cəza aldığını xatırladıb. “Yeddi rayonumuzun işğal edilməsinin əsas səbəblərindən biri, bizim ATƏT-in Minsk qrupunu dəstəkləməyimiz olub. Çünki Ermənistan və Rusiya o zaman qərb qüvvələrinin münaqişə regionuna gəlməsinin tərəfdarı deyildi, ancaq Azərbaycan tərəfdarı idi. Azərbaycan o zaman da, indi də ATƏT-in Minsk qrupunun tutduğu mövqedən ziyan çəkir. ATƏT-in Minsk qrupu faktiki olaraq Ermənistanın vəkilinə çevrilib. Uzun müddət vəkilliklə məşğuldur, indi isə notarial kontora çevrilib. ATƏT-in Minsk qrupunun regiona səfərləri də heç bir fayda vermir”,-deyən M.Əhmədoğlu bunların fəaliyyətindən Azərbaycan əziyyət çəkdiyini bir daha bəyan edib.
URL / WWW
http://kelam.az/article/a-3008.html