Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil sistemində 108 nəfər vəzifəsindən azad olunub
16.02.11 18:38

Ötən il Təhsil Nazirliyi tərəfindən təhsil orqanları və müəssisələrində neqativ hallar, qanun pozuntuları, korrupsiyaya şərait yaradan faktların aşkar edilməsi, nöqsanlara yol verən məsul şəxslər barədə intizam tənbehinin tətbiqi sahəsində müntəzəm iş aparılıb. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Təhsil Nazirliyində “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiya (2007-2011-ci illər)”nın icrası mövzusunda keçirdiyi kollegiya iclasında nazir Misir Mərdanov söyləyib. Nazir qeyd edib ki, ötən il 4 rayon təhsil şöbəsinin müdiri, 72 məktəb direktoru, 5 direktor müavini, 1 məktəbdənkənar müəssisə rəhbəri, 6 peşə məktəbi direktoru, 1 ali məktəb müəllimi, 10 uşaq bağçası müdiri, 9 baş mühasib, ümumilikdə 108 nəfər vəzifəsindən azad olunub, 41 nəfərə sonuncu xəbərdarlıqla şiddətli töhmət, 115 nəfərə töhmət verilib.Nazir qarşıda duran vəzifələr, təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllimin, məktəbin nüfuzunun qorunması məsələləri ilə bağlı iştirakçılara bir sıra tapşırıq və tövsiyələr də verib.
URL / WWW
http://kelam.az/article/a-3007.html