Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Millət vəkili: “Mədəniyyət kanalının fəaliyyətə başlaması ölkənin mədəni sahəsində yaranmış ciddi boşluğu doldurmaqda xeyli iş görəcək”
17.02.11 02:35

Azərbaycanda Mədəniyyət televiziya kanalının fəaliyyətə başlaması son illər ölkənin mədəni sahəsində yaranmış ciddi boşluğu doldurmaqda xeyli iş görə biləcək. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Jalə Əliyeva bildirib. O, qeyd edib ki, indiyə qədər digər kanallarda özünü “şou proqram” adlandıran bəzi verilişlər ölkənin tarixən zəngin mədəniyyətini yeni nəslə aşılanmasını tamamilə kölgədə qoymuşdu. “Təəssüf ki, bazar iqtisadiyyatının müsbət çalarları ilə yanaşı, mədəniyyət sahəsinə böyük ziyanlarını da göstərib. Yəni, müəyyən mənada dövlətin nəzarətində olmayan bir neçə kanallarda mədəniyyət sahəsi bərbad vəziyyətə düşmüşdü. Həmin kanallar öz reklam bazarlarını zənginləşdirməkdən ötrü mədəniyyət verilişləri əvəzinə, bayağı şou proqramlara üstünlük verirdilər ki, bu da cəmiyyətdə ciddi fəsadlarla nəticələnirdi. Bu baxımdan da bu sahə bilavasitə dövlətin nəzarətindən uzaqlaşmışdı”,-deyə millət vəkili vurğulayıb. J.Əliyevanın sözlərinə görə, Dövlət Televiziyasının nəzdində Mədəniyyət kanalının açılması cəmiyyətdə indiyə qədər ağrılı olan bu sahədə böyük uğurlara səbəb olacaq.
URL / WWW
http://kelam.az/article/a-3006.html