Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » GTMŞ 15 illik yubileyini “Gülüstan”da qeyd edəcək
16.02.11 18:35

Sabah Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının yaranmasının 15 illik yubileyi münasibəti ilə “Gülüstan” sarayında təntənəli tədbir keçiriləcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya GTMŞ-dan veriblər. 21 noyabr 1995-ci ildə 11 gənclər təşkilatı tərəfindən təsis olunan və 1996-cı il yanvarın 31-də Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatından keçən ARGTMŞ Azərbaycan gənclərinin yeganə konfederativ strukturu, əməkdaşlıq mərkəzi, gənclər qurumlarının əlaqələndiricisi və gənclərin beynəlxalq inteqrasiyasını təşkil edən qurumdur. Hal-hazırda Milli Şura öz ətrafında 70 təşkilatı birləşdirir.ARGTMŞ 1997-ci ildən Avropa Gənclər Forumunun həmçinin, Türk Dünyası Gənclər Birliyinin üzvüdür. 2002- ci ildən BMT- nin İqtisadi və Sosial Şurasının məşvərətçi statuslu, 2004- cü ildən İslam Konfransı Gənclər Forumunun təsisçisi və tam hüquqlu üzvüdür. Yubiley tədbirində hökumət nümayəndələri, millət vəkilləri, Milli Şuranın seçkili qurumlarında təmsil olunmuş şəxslər, Milli Şuraya üzv təşkilatlar, KİV nümayəndələri, Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələri və s. iştirak edəcəklər.
URL / WWW
http://kelam.az/article/a-3005.html