Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » RİTN rəsmisi: ““Azərpoçt” MMC-nin bank xidməti göstərən şöbələri ölkədəki bankların bütün şöbələrindən iki dəfə çoxdur”
16.02.11 18:35

Tezliklə “Azərpoçt” MMC-nin bütün respublikada fəaliyyət göstərən 1493 poçt bölməsindən 1200-ü bank və maliyyə xidmətlərini həyata keçirəcək. Bu da ölkədəki bütün bankların şöbələrindən iki dəfə çoxdur. KƏLAMİNFO xəbər verir ki, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Poçt sektorunun müdiri Novruz Məmmədov bildirib. O, qeyd edib ki, “Azərpoçt”la müqayisədə hazırda Azərbaycanda 45 bank var və onların da ölkə üzrə cəmi 600-ə yaxın şöbələri var. “Eyni zamanda onların kənd yerlərində şöbələri yoxdur. Amma, “Azərpoçt” MMC-nin iki dəfə onlardan çox təkcə bank fəaliyyəti ilə məşğul olan şöbələri var ki, bunların arasında kəndlərdə də fəaliyyət göstərən şöbələr mövcuddur. Eyni zamanda daimi olaraq şöbələrimizin müxtəlif valyuta ilə nağd pulu var ki, bu da daha operativ və çevik pul köçürmələri edilməsində vacib rol oynayır”,-deyə sektor müdiri vurğulayıb. Onun sözlərinə görə, bu şöbələr 50-ə yaxını digər xidmətləri də həyata keçirir.
URL / WWW
http://kelam.az/article/a-3004.html