Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Gücləndirilmiş iş rejiminə keçilib
16.02.11 18:35

“Bakıelektrikşəbəkə” gücləndirilmiş iş rejiminə keçib. Bu barədə məlumatı KƏLAMİNFO-ya "Bakıelektrikşəbəkə"nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib. Onun sözlərinə görə, havaların kəskin soyuması və Bakıda qarın yağması elektrik enerjisi naqillərində hər hansı fəsadla müşaiyət olunmayıb. “Buna baxmayaraq, şəbəkə daha da güclü tədbirlər görür. Elektrik xətlərində hər hansı problem olarsa, dərhal aradan qaldırılacaq. “Bakıelektrikşəbəkə” tərəfindən son 4 ildə aparılan əsaslı yenidənqurma təmir, tikinti işləri havaların sərt keçməsinə baxmayaraq, abonetləri keyfiyyətli, dayanıqlı elektrik enerjisi ilə təchiz edir”,-deyə o qeyd edib. T.Mustafayev bildirib ki, abonetlərin elektrik enerjisindən istifadə etdikləri enerji pullarının yığmı da yüksələn xətlə gedir. Onun sözlərinə görə, hər hansı abonet enerji borclarını ödmədikdə xəbərdarlıq edilir. “Əsasən cari ilin son iki ayında bu cür xəbərdarlıq müvafiq abonetlərimizə edilib və əvvəlki illərdən fərqli olaraq “Bakıelektrikşəbəkə”də enerji pullarının yığımı 85-90%-dən yüksəkdir”,-deyə T.Mustafayev bildirib.
URL / WWW
http://kelam.az/article/a-3000.html