Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Ötən ay Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə 910 müraciət daxil olub
17.02.11 02:35

Təhsil Nazirliyinin “qaynar xətt” xidmətinə (496-34-82; 496-37-61; e-mail ünvanı: qaynar-xett@edu.gov.az) 2011-ci ilin yanvar ayında 910 müraciət daxil olub. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, müraciətlərin 789-u telefonla, 121-i elektron poçt vasitəsilə qəbul edilib. Bütün müraciətlər dinlənilib, qeydə alınıb, araşdırılıb və cavablandırılıb. Daxil olan müraciətlərin əksəriyyəti sorğu və məlumat xarakterlidir. Şikayət xarakterli müraciətlər 9,6 faiz təşkil edib. Bu müraciətlərdə məktəbəqədər, ümumtəhsil, texniki peşə, orta ixtisas və ali təhsil müəssisələrin­dəki problemlərdən bəhs olunub. Abşeron rayon ümumtəhsil məktəblərindən daxil olan müraciətlər isə şagirdlərə məcburi qaydada təkrar məktəbli formasının satılması ilə bağlıdır. Texniki peşə məktəblərindən 2 şikayət daxil olub ki, bu da Bakı 2 nömrəli və İsmayıllı peşə liseyləri haqqındadır.2010-2011-ci dərs ilinin qış imtahan sessiyası dövründə “qaynar xətt” xidmətinə ali və orta ixtisas təhsili müəssisələrindən 100-dən artıq müraciət daxil olub. Bunun da çoxu sorğu xarakterlidir. 35 müraciətdə şikayət və nöqsanlardan bəhs edilir ki, onlardan da 21-i dövlət, 10-u özəl ali, 4-ü orta ixtisas təhsil müəssisələrindən qəbul olunub. Azərbaycan Turizm İnstitutundan daxil olan müraciətdə isə imtahanlarda tələbələrin biliklərinin qiymətləndirilməsi meyarlarının gözlənilməməsi əksini tapıb. Özəl ali təhsil müəssisələrindən daxil olan 10 müraciətdə isə imtahanın keçirilməsi qaydalarının pozulması və məzunlara diplomların verilməməsi, dövlət hesabına özəl ali məktəblərdə təhsil alan tələbələrə təqaüdlərin ödənilməsində yaranan problemlərin həlli ilə əlaqədar olan bütün müraciətlər yerində araşdırılıb, müraciət müəlliflərinə cavab verilib. Müraciətlərlə əsasən aparılan araşdırmalarla bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün bütün struktur bölmələrə məlumatlar verilib, gələcəkdə belə nöqsanların qarşısının alınması tövsiyə olunub.
URL / WWW
http://kelam.az/article/a-2999.html