Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ATƏT PA-nın Vyanada keçiriləcək 10-cu qış sessiyasının gündəliyi açıqlanıb
17.02.11 02:34

ATƏT Parlament Assambleyasının fevralın 24-25-də Avstriyanın paytaxtı Vyanada keçiriləcək 10-cu qış sessiyasının gündəliyi açıqlanıb. KƏLAMİNFO ATƏT-in rəsmi saytına istinadən xəbər verir ki, sessiyasının ilk günü quruma daxil olan siyasi və təhlükəsizlik, iqtisadiyyat və demokratiya, insan hüquqları və humanitar məsələlər üzrə komitələrin birgə iclaslarının keçirilməsi nəzərdə tutulub. Əsas müzakirə mövzusu isə Misir və Tunisdə baş verən son hadisələr olacaq. Sessiyanın açılışında ATƏT PA-nın prezidenti Petros Eftimiu, ATƏT-in fəaliyyətdə olan sədri, Litvanın xarici işlər naziri Audronyus Ajubalis və Avstriya parlamentinin spikeri Barbara Prammer çıxış edəcəklər. Sessiyada ATƏT-ə üzv 55 ölkədən 250-dən artıq parlamentar iştirak edəcək. Müzakirələrdən sonra ATƏT PA-nın plenar iclası öz işinə başlayacaq.
URL / WWW
http://kelam.az/article/a-2998.html