Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Bakıda Enerji sahəsində anlaşma Memorandumun icrasına dair görüş keçirilib
15.02.11 19:25

Bu gün Sənaye və Energetika Nazirliyində Avropa İttifaqı ilə Azərbaycan arasında 2006-cı ildə imzalanmış Enerji sahəsində anlaşma Memorandumun icrasına dair görüş keçirilib. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən sənaye və energetika nazirinin müavini Natiq Abbasov qeyd edib ki, tədbir 2006-ci ildə ölkə Prezidenti İlham Əliyev və Avropa Komissiyasının prezidenti Xose Manuel Barroza tərəfindən imzalanmış Memorandumun hesabat xarakteri daşıyan görüşdür. “Sənəd özündə Azərbaycan qanunvericiliyinin Avropa qanunvericiliyinə uyğunlaşdırılması, “Cənub dəhlizi”, enerji təhlükəsizliyi, bərpa olunan enerji, enerji effektivliyi və enerji resurslarının qorunması, nativ enerji, təchizat, texniki əməkdaşlıq və təcrübə mübadiləsi kimi məsələləri əhatə edir”,-deyə nazir müavini bildirib. Avropa Komissiyasının Enerji üzrə Baş Direktorluğunun direktoru, xanım Georgette Lalik bildirib ki, Avropa Komissiyasının prezidenti Xose Manuel Barroza və Avropa İttifaqının energetika üzrə komissarı Günter Ottingerin Azərbaycana səfərlərinin nəticəsi göstərir ki, ölkəniz Avropa Birliyinin əsas strateji partnyorlarından biridir. “Biz bu görüşlərin nəticəsi olaraq, Azərbaycan təbii qazının Avropa Birliyinə çatdırılmasını tam olaraq təmin edə biləcəyik. Bu bəyannamə bir daha Avropa Birliyi-Azərbaycan enerji münasibətlərini əhəmiyyətini vurğulayır. Bu əhəmiyyət Anlaşma Memorandumunda da öz əksini tapıb”,-deyə G.Lalik söyləyib. Qeyd edək ki, tədbirdə Avropa Komissiyasının Siyasi Məsələlər üzrə Məmur, Enerji üzrə Baş Direktorluğu Kristofer Ross, Bölmə rəhbərinin müavini, Avropanın xarici fəaliyyət xidmətinin nümayəndəsi Piter Naqi, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia və digər nümayəndələr də iştirak ediblər.
URL / WWW
http://kelam.az/article/a-2997.html