Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Nazir müavini Natiq Abbasov: “Azərbaycan Avropaya qaz ixrac etməyə hazırdır”
15.02.11 19:25

Azərbaycan Avropaya qaz ixrac etməyə hazırdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib. “Son beş ilə baxsaq, Azərbaycan 2006-cı ildə hər il 9 mlrd. kubmetr qaz hasil edib və həmçinin daxili tələbatı ödəyib. 2010-cu ildə isə ölkəmiz qaz hasilatını 27 mlrd. kubmetrə çatdırıb”,-deyən N.Abbasov bu göstəricinin ölkəmiz üçün yüksək rəqəm olduğunu söyləyib. Bu göstəricinin 2020-ci ilə qədər ikiqat artacağını bildirən N.Abbasov vurğulayıb ki, Azərbaycan hazırda qonşu Türkiyə, Gürcüstan və İrana qaz ixrac edir. “Əsas məsələ ondadır ki, ölkəmiz Rusiyadan idxal etdiyi qazı, o ölkəyə ixrac etmək imkanı əldə edib. Cari ildə ölkəmiz Rusiyaya 2 mlrd. kubmetr qaz ixrac etməyi planlaşdırır. Hazırda ölkəmizdə hesablamalara görə təsdiq olunmuş qaz ehtiyatları 2,2 trln kum metrdir. Avropanın eneriji təhlükəsizliyində də Azərbaycanın rolu böyükdür. Ölkəmiz bütün enerji sahəsində aparılan layihələrdə maraqlıdır”,-deyə N.Abbasov bildirib. “Şahdəniz” layihəsinin II fazası və “Ümid” yatağından danışan nazir müavini qeyd edib ki, “Ümid” yatağının ehtiyatı 200 mlrd. kubmetr proqnozlaşdırılır: “Bizdə adətən proqnozlar aşağı olur və hasilata başlandıqdan sonra həcm proqnozdan çox olur. Bu yatağdan əlavə Babək, Abşeron, Naxçıvan yataqları da var. Mənə elə gəlir ki, ölkəmizdə təsdiq olunmuş 2,2 trln. kubmetr qaz ehtiyatından da artıq qaz hasil ediləcək”.
URL / WWW
http://kelam.az/article/a-2996.html