Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bakıda “Risklərin Təhlili və İdarəçiliyinə dair” Gürcüstan və Azərbaycan arasında ikitərəfli seminar öz işinə başlayıb
15.02.11 19:25

Bu gün Dövlət Gömrük Komitəsinin Regional Tədris Mərkəzində “Risklərin Təhlili və İdarəçiliyinə dair” Gürcüstan və Azərbaycan arasında ikitərəfli seminar öz işinə başlayıb. KƏLAMİNFO xəbər verir ki, tədbirdə çıxış edən BMT-nin Cənubi Qafqazda Narkotiklərə Nəzarət Proqramının koordinatoru Məzahir Əfəndiyev bildirib ki, seminar Avropa Birliyi və BMT-nin birgə “Cənubi Qafqaz ölkələrində İnteqrə edilmiş Sərhəd İdarəçiliyi Sistemlərinə Dəstək” layihəsi çərçivəsində həyata keçirilir. Onun sözlərinə görə, seminar ərəfəsində sərhəd idarəçiliyi ilə bağlı risklərin təhlili prosesinin təşkili və idarə olunması sahəsində Avropa standartları təqdim olunacaq. Seminarda Gürcüstan tərəfdən nümayəndə heyətinə Gürcüstan Sərhəd Polisinin Hüquq İdarəsinin rəisi Manana Xvelidze rəhbərli edir. Seminarda regionda strateji cəhətdən əlverişli lider dövlət sayılan Azərbaycan sərhədlərinin qorunması və müasir səviyyədə idarə olunması sahəsində uğurlu islahatlar aparması ilə yanaşı, qloballaşan dünyanın aparıcı dövlətləri, nüfuzlu beynəlxalq təşkilatları ilə də sıx əməkdaşlıq çərçivəsində həyata keçirilən birgə layihələrə dəstək olunması vurğulanıb. Tədbirdə aidiyyəti dövlət qurumlarının (Dövlət Gömrük Komitəsi, Dövlət Sərhəd Xidməti, Dövlət Miqrasiya Xidməti) mütəxəssisləri ilə yanaşı Gürcüstanın müvafiq strukturlarının (Sərhəd və Patrul Polisi, Maliyyə Xidməti) əməkdaşları və beynəlxalq ekspertlər də iştirak edirlər. Seminar fevralın 18-ə kimi davam edəcək.
URL / WWW
http://kelam.az/article/a-2995.html