Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Natiq Abbasov: “Azərbaycan özünü elektirik enerjisi ilə tam təmin edir”
15.02.11 19:25

Azərbaycan elektirik enerjisi sahəsində daxili təlabatını tam təmin edir. KƏLAMİNFO xəbər verir ki, bunu sənaye və energetika nazirinin müavini Natiq Abbasov bildirib. Onun sözlərinə görə, hazırda Azərbaycanın generasiya gücü 6400 mVt-a çatır. “2006-ci ildə Azərbaycanda 24 mlrd. kVt/saat elektirik enerjisi istehsal olunurdu ki, onun da 23 mlrd. kVt/saatı daxili təlabata yönəldirilrdi. Hazırda ölkəmizdə yeni İES, SES-lər istifadəyə verilib. Azərbaycanda elektirik enerjisindən istifadə edən abonentlərin 98%-i sayğaclarla təmin olunub. Hazırda elektirik enerjisinə olan daxili təlabat 23 mlrd. kVt/saatdan 18 mlrd.kVt/saata düşüb. Azərbaycanda 2010-cu ildə 18 mlrd. kVt/saata yaxın elektirik enedjisi istifadə olunub. Bu gün isə ölkəmizdə elektirik enerjisinin ixracı üçün böyük işlər görülür. Ölkə Prezidenti tərəfindən bu sahənin inkişafına böyük diqqət ayrılır. Hazırda 500 kVt/saatlıq Azərbaycan, Gürcüstan, Türkiyə hava elektiriki xətləri çəkilir. Layihənin Azərbaycan hissəsində 50 km işlər başa çatıb. Gürcüstan Türkiyə arasında işlər aparılır. Bu cür layihələr gələcəkdə ölkəmizdə istehsal olunan elektirik enerjisinin Avropaya çatdırılmasında kömək ola bilər”.-deyə nazir müavini qeyd edib. O həmçinin bildirib ki, öllkəmizin karbohidrogen ehtiyatlarının istifadəsi 100 il də bəs edər. “Azərbaycanda nativ və bərpa olunan enerji mənbələrindən istifadə də diqqət mərkəzindədir. Azərbaycanın külək, günəş potensialı çoxdur. Bundan istifadə etmək lazımdır. Bu sahədə bir neçə layihə həyata keçirilir ki, onların da bir neçəsi cari ildə istifadəyə veriləcək”,-deyə N.Abbasov vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2994.html