Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Aydın Mirzəzadə: “Həmsədrlərin verdikləri sonuncu bəyanat təəssüf ki, quru informasiyadan başqa bir şey deyil”
16.02.11 02:22

“Həmsədrlərin bölgəyə növbəti səfərlərindən sonra verdikləri bəyanat təəssüf ki, quru informasiyadan başqa bir şey deyil”. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri yap.org.az saytına açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. A.Mirzəzadə bildirib ki, bəyanatda ancaq və ancaq bundan sonra da danışıqların davam etdirilməsi və tərəflərə sülhə getmək məsləhət görülür. Onun sözlərinə görə, belə bəyanatlar cəmiyyətimizi qane etmir. “Çünki Azərbaycan həmsədrlərdən daha obyektiv, fəal olmağı və öz təsir imkanlarından istifadə edib münaqişənin tezliklə həllinə yardımçı olmağını istəyir.”,-deyə A.Mirzəzadə vurğulayıb. Həmsədr dövlətlərin üçünün də Ermənistana müxtəlif yardımlar etdiyini xatırladan A.Mirzəzadə bu sırada maliyyə və hərbi yardımların da üstünlük təşkil etdiyini vurğulayıb. “Əgər bu yardımlar kəsilərsə və dünyaya çağırışlar edilərsə, Ermənistanın torpaqlarımızı işğaldan azad etməsinə heç bir problem qalmaz. Azərbaycan cəmiyyəti həmsədrlərdən fəallıq, obyektivlik və nəticə gözləyir”,-deyə komitə sədrinin müavini qeyd edib.
URL / WWW
http://kelam.az/article/a-2993.html