Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA Naxçıvan Bölməsinin institutları 4 patent alıb
15.02.11 19:22

Ötən il AMEA Naxçıvan Bölməsinin institutlarında elmi-tədqiqat işləri 6 istiqamətdə, 6 problemi əhatə edən 7 mövzu üzrə 34 iş 97 mərhələdə yerinə yetirilib. KƏLAMİNFO xəbər verir ki, bu barədə məlumatı bölmənin akademik-katibi, akademik İsmayıl Hacıyev söyləyib. Bölmənin 2010-cu ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında məlumat verən İ.Hacıyev bildirib ki, bölmə institutlarında fundamental elmi-tədqiqatlar plana uyğun, AMEA Rəyasət Heyəti tərəfindən təsdiq edilən proqram üzrə, Dövlət Proqramlarının həyata keçirilməsi və yeni qanun layihələrinin yerinə yetirilməsi üzrə aparılıb. Onun sözlərinə görə, hesabat ilində bölmə əməkdaşları tərəfindən 13 dissertasiya işi müdafiə edilib, 2 dissertasiya işi isə müzakirədən keçərək müdafiəyə təqdim edilib. Hazırda bölmənin 4 doktorantı (qiyabi) və 20 dissertantı elmi-tədqiqat işlərini davam etdirirlər. Bölmə əməkdaşları tərəfindən 10 monoqrafiya, 24 kitab, 1 atlas, 1 xəritə, 621 məqalə, 24 tezisi və 3 buklet nəşr edilib, 4 patent alınıb. O, hesabat ilində bölmənin Bioresurslar İnstitutu üçün Biokimyəvi tədqiqatlar laboratoriyasının üçmərtəbəli binasının tikilib istifadəyə verildiyini, həmçinin, institutların müasir tələblərə cavab verən cihaz və avadanlıqlarla təmin edildiyini diqqətə çatdırıb.
URL / WWW
http://kelam.az/article/a-2991.html