Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Azərbaycan-Ermənistan münasibətləri tarixinə həsr olunmuş daha bir kitab işıq üzü görüb
15.02.11 19:22

Azərbaycan-Ermənistan münasibətləri tarixinə həsr olunmuş daha bir kitab işıq üzü görüb. KƏLAMİNFO xəbər verir ki, bu təşəbbüslə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi çıxış edib. Kitab Azərbaycan, ingilis və rus dillərində QHT-lərə Dövlət Dəstəyi Şurası, Gənclər və İdman Nazirliyinin maliyyə yardımı ilə çap olunub. Nəşrdə mart soyqrımı və onun səbəbləri, Güney Azərbaycanda türk-müsəlman əhalisinin soyqrımı, 1918-20-ci illərdə Azərbaycan-Ermənistan münasibətləri, deportasiya illəri, Xocalı soyqrımı geniş və tutarlı faktlarla işıqlandırılıb. Kitabda həmçinin Ermənistan işğalından sonra sosial-iqtisadi nəticələr və əhalinin sosial psixoloji durumu yetərincə analiz edilib. “Əsrlər boyu yaşadığı və hər cür qayğı gördüyü dövlətə xəyanət edən ermənilər tarixdə misli görünməmiş cinayət və vəhşiliklər törətdikləri halda, özlərini həmişə yazıq, fağır kimi qələmə veriblər. Xalqımıza qarşı uzun illər soyqrım və deportasiya siyasəti yeridən, onu mərhələli şəkildə həyata keçirən erməni millətçiləri və havadarlarının məkrli, avantürist siyasətinin mahiyəti açılması, onların obyektiv faktlarla ifşa edilməsi və tarixi həqiqətlərin bərpa edilməsi olduqca vacibdir”,-deyə İB-in sədri Məhəmməd Vəliyev söyləyib.
URL / WWW
http://kelam.az/article/a-2990.html