Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Əfqanıstan müharibəsində 208 soydaşımız həlak olub, 417 əlil, 7 döyüşçü isə itkin düşüb
15.02.11 19:22

Bu gün 1979-cu ildə Əfqanıstandan Sovet Qoşunlarının çıxarılması münasibətilə Azərbaycan Əfqanıstan Veteranları İctimai Birliyi tədbir keçirib. Tədbirdə birliyin sədri Məhəmməd Vəliyev tarixin o dövrki üzü barədə ətarflı danışıb. O, Əfqanıstan müharibəsində Sovet qoşunu tərkibində 7500 Azərbaycanlının döyüşdüyünü bildirib. Sədrin sözlərinə əsasən, sözügedən müharibədə soydaşlarımızdan 208-i həlak olub, 417 əlil, 7 döyüşçü isə itkin düşüb. M.Vəliyev itkin düşən və həlak olanların müəyyənləşdirilməsi üçün ekspedisiya qrupunun yaradıldığını qeyd edib. “Azərbaycan höküməti, Nazirlər Kabinetinin səyi ilə itkin düşən və həlak olanların müəyyənləşdirilməsi üçün ekspedisiya qrupu təşkil olunub. Həmin qrup həlak olanların yaxınlarından DNK analizi götürərək onları tutuşduraraq həlak olanların kimliyini müəyyən edir. Bu öz növbəsində ağır və zaman, məsuliyyət tələb edən prosesdir”,- deyə o vurğulayıb. Birliyin sədri həmçinin 15 fevral tarixini Azərbaycanlıların digər dövlətlərdə vuruşan Veteranları Günü kimi qeyd edilməsi təklifini irəli sürüb. O, bu tarixin Rusiya, Ukrayna, Moldovada qeyd olunduğunu xatırladıb.
URL / WWW
http://kelam.az/article/a-2988.html